AZ

Futbolçuları ildırım VURDU – VİDEO

Peruda futbol meydanında oyun zamanı faciə baş verib. Belə ki, “Xuventud Bellavista” və “Familiya Çokka” komandaları arasında matç zamanı müdafiəçi Xose Uqo De la Kruz Meza ildırım vurması nəticəsində həlak olub.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb. Qeyd olunub ki, hadisə oyunun 23-cü dəqiqəsində, qəfildən güclü tufan başlayanda baş verib.

Bildirilir ki, hər iki komandanın futbolçuları əlverişsiz hava şəraiti səbəbindən meydanı tərk edərkən ildırım çaxıb və oyunçuları vurub. Sosial şəbəkələrdə yayılan kadrlarda futbolçuların qəfildən necə yıxıldıqları görünür.

Məlumata görə, onların arasında 35 yaşlı De la Kruzun və hadisə vaxtı yanında olan qapıçının vəziyyəti xüsusilə ağır olub.

Müdafiəçi De la Kruz aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən ölüb, Qapıçı isə ciddi yanıqlar alsa da, sağ qalıb.

Seçilən
50
1
medianews.az

10Mənbələr