AZ

Azərbaycanın yeganə qızlar məktəbinə direktor təyin edildi


Naxçıvan Qızlar Liseyinə yeni direktor təyin edilib.
Modern.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil naziri Elxan Nəcəfov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Fərəcova İlahə Vahid qızı gətirilib. O, bundan əvvəl Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
Məlumatı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən təsdiqləyiblər.
Xatırladaq ki, liseyə əvvəllər Naxçıvan Ali Məclisinin deputatı  Aidə Allahverdiyeva rəhbərlik edib.
Qeyd edək ki, Naxçıvan Qızlar Liseyi Naxçıvan Muxtar Respublikasında 1992-ci ildə "Xanım Qızlar Pansionu” adı ilə yaradılıb yaradılıb. 2004-cü ildən "Naxçıvan Qızlar Liseyi” adı ilə fəaliyyətini davam etdirən lisey Azərbaycanda yeganə qızlar məktəbidir.

Seçilən
6
41
nuh.az

10Mənbələr