Bakı, TurkicWorld
NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) Artemida III missiyası çərçivəsində 50 ildən sonra Aya enəcək astronavtların eniş edəcəyi 9 bölgəni müəyyən edib
TurkicWorld xəbər verir ki, NASA artıq enişin Ayın cənub qütbünə yaxın olması planlaşdırılan əraziləri təyin edib.
Belə ki, ayın cənub qütbündə, su ehtiyatlarının saxlanıla biləcəyi, daha əvvəl astronavtlar tərəfindən tədqiq edilməmiş daimi kölgəli sahələr mövcuddur.
NASA, Artemida III missiyasının kosmik gəmi marşrutunu, orbital yolları və səth şəraitini müəyyən etmək üçün bu bölgələri daha da araşdırmağı planlaşdırır. Missiyanın çərçivəsində çeviklik təmin edilməsi ilə yanaşı, gələcək Artemis IV və Artemis V missiyaları üçün uyğun ərazilərin araşdırılmasına da davam ediləcək.
Qeyd edək ki, son həftələrdə NASA, Artemis Proqramının üçüncü mərhələsində astronavtların geyinməsi üçün nəzərdə tutulan xususi geyimləri təqdim etmişdi. Bu paltarları lüks geyim markası olan Prada hazırlayıb. Paltarların kölgəli sahələrdə ən soyuq mühitdə ən azı iki saat dayanıqlı qalacağı və təxminən səkkiz saat kosmosda gəzintilər üçün də əlverişli olduğu qeyd edilib.