Rusiyada uşaq bağçalarında və məktəblərdə Koksaki virusu yayılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Moskva vilayəti və Krasnodar diyarı da daxil olmaqla, bir sıra bölgələrdə valideynlər uşaqlarda Koksaki virusuna yoluxma halları barədə məlumat veriblər.
Xəstəlik ağız boşluğunda yaralar, qol və ayaqlarda səpkilər, yüksək hərarətlə müşayiət olunur.
Çox vaxt uşaqlar xəstə uşaqla təmasdan sonra yoluxurlar. Əvvəllər rus turistlər, Türkiyədə də eyni virusa kütləvi şəkildə yoluxmuşdular.
Xuraman Etibarlı
İnterpress.az