Rusiyanın “Soyuz” raket daşıyıcısı İranın iki peykini orbitə çıxaracaq.
Axar.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.
“İran-Rusiya elmi və texnoloji əməkdaşlığının inkişafının davamı olaraq “Kövsər” və “Hüdhüd” peykləri noyabrın 5-i Tehran vaxtı ilə saat 2:48-də (Bakı vaxtı ilə 03:18) “Soyuz” daşıyıcı raketi ilə yerin 500 kilometrlik orbitinə buraxılacaq”, - Cəlali bildirib.