AZ

Mahir Emreli “insatqram”da almanca paylaşım etdi, söz göndərdi

"Nürnberq"də çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli II Bundesliqada "Hamburq"la heç-heçə etdikləri XI turun matçından sonra komandasının azarkeşlərinə müraciət ünvanlayıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu instaqram hesabında almanca paylaşım edib.

Sözügedən qarşılaşmada fərqlənən forvard fanatlara təşəkkür edib:

"Sizi daha da sevindirmək üçün qələbə qazansaydıq, şad olardıq. İndi diqqətimiz növbəti oyunadır. Mən komanda ilə fəxr edirəm".

"Hamburq" - "Nürnberq" qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb. "Nürnberq" XII turda noyabrın 8-də “Kayzerslautern”lə üz-üzə gələcək.

Seçilən
15
sportinfo.az

1Mənbələr