AZ

BQXK Qarabağda saxlanılan separatçılara baş çəkib

Oktyabrda Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşları Qarabağda saxlanılaraq Bakıya gətirilən separatçılara baş çəkib. Bu barədə komitədən məlumat verilib. 
 
Məlumata görə, saxlanılan şəxslər ilə təkbətək görüşlər keçirilib və ailələri ilə əlaqə yaradılmasına şərait yaradılıb. 
 
 
İstintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib.
 
Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.


Separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
36
anews.az

1Mənbələr