AZ

"KXDR-li hərbçilər Kurskda atəşə tutulublar" -Kiyev

Şimali Koreya hərbçilərinin Kursk bölgəsində atəş altında qaldığı iddia edilir. Bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin direktoru Andrey Kovalenko Telegram kanalında yazıb.

“KXDR-dən olan ilk hərbçi qrupu Kursk vilayətində atəşə tutulub”,- Kovalenko heç bir təfərrüat vermədən qeyd edib.

Rusiya tərəfi bu məlumatı şərh və ya təsdiq etməyib.

Oktyabrın 31-də ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib ki, hazırda Rusiya Federasiyasında KXDR-dən 10 minə yaxın hərbçi var. Onun sözlərinə görə, 8 min Şimali Koreya əsgəri Kursk vilayətindədir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
27
news365.az

1Mənbələr