AZ

Ukrayna Kim Çenin ordusuna ilk zərbəni endirdiyini bəyan etdi!

Hurriyyet.az xəbər verir ki, Ukrayna Şimali Koreyanın Rusiyanın Kursk vilayətində yerləşmiş silahlı qüvvələrinə ilk zərbəsini endirdiyini bəyan edib.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib: "Kurşində artıq Koreya Xalq Demokratik Respublikasının ilk hərbçiləri atəş altına düşüblər".

Kovalenko bu məlumatı verməklə kifayətlənib, detalları açıqlamayıb.

Rusiya tərəfi hələlik bu xəbəri təsdiqləməyib. 

Hürr Tərcüman

 

Seçilən
8
hurriyyet.az

1Mənbələr