TƏBİB-in keçirdiyi tenderlərin ard-arda ləğv edilməsi prosesi müşahidə olunur. Tribunainfo.az xəbər verir ki, son bir ayda 50-dən çox tenderi ləğv edilən TƏBİB-in daha bir müsabiqəsinin nəticələri qəbul edilməyib.
Billdirək ki, “Rəqəmsal Tibbi Həllər” MMC minivan tipli xidməti minik avtomobilin satın alınmasını həyata keçirmək üçün müsabiqə keçirib. 67.800 manatlıq avtomobil almaq istəyən MMC Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarı ilə ləğv edilib. Dövlət Xidməti bununla əlaqədar qərar qəbul etdiyini, lakin bunun səbəblərini açıqlamayıb.
Xatırladaq ki, “Rəqəmsal Tibbi Həllər” MMC bu il yaradılıb. Şirkət 100 manat nizamnamə kapitalı ilə Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr. ev.206A-da dövlət qeydiyyatına alınıb.
Şirkətə baş icraçı direktoru Mehdiyev Ramil Yunis oğludur. R.Mehdiyev bundan öncə İcbari Tibbi Sığorta Agentliyində baş informasiya inzibatçısı vəzifəsində çalışıb. Həmin posta isə “PAŞA Sığorta” ASC-də gəlib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta