İsrail Parlamenti ("Knesset") Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinın (UNRWA) bu ölkədə fəaliyyətinə qadağa qoyan qanun layihəsini təsdiqləyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrailin UNRWA-dakı nümayəndəsi Denny Danon "X" hesabında məlumat yayıb.
Onun sözlərinə görə, qərar barədə xəbər BMT Baş Assambleyanın sədri Filemon Yanqa çatdırılıb: "HƏMAS terrorçularının UNRWA struktruna sızmasını ilə bağlı BMT-yə təqdim etdiyimiz çoxsaylı sübutlara baxmayaraq, təşkilat bu problemin həlli istiqamətində hər hansı addım atmadı. İsrail dövləti yalnız humanitar təşkilatlarla əməkdaşlığı aparmağın tərəfdarıdır”.
Xatırladaq ki, ötən ilin 7 oktyabrında Fələstinin HƏMAS terror təşkilatı İsrailə gözlənilməz hücum həyata keçirib və nəticədə indiyədək davam edən müharibə başlayıb. İsrail bu hücumda UNRWA-nın bir sıra əməkdaşının iştirakı barədə BMT-yə sübutlar təqdim edib.