Hindistanda səhər saatlarında sərnişin avtobusu qəza törədib.
News24.az xəbər verir ki, Uttarakhand ştatında 50 sərnişini olan avtobusun xəndəyə yuvarlanması nəticəsində azı 36 nəfər ölüb.
Almora bölgəsində 200 metr dərinlikdəki xəndəyə düşən avtobusda çox sayda insan yaralanarkən, bəzi sərnişinlərin avtobusun pəncərəsindən çaya atıldığı bildirilib.
Onu da qeyd edək ki, polis avtobusun 42 nəfər tutumunun olduğunu və qəzanın səbəbinin həddindən artıq yüklənmə ola biləcəyini bildirib.
Günel Məlikzadə