AZ

Bala ayı ölən anasının meyitini tərk etmədi - VİDEO

Rusiyada naməlum şəxslərin vurduğu ayı və balası gündəmə çevrilib. Bu barədə Amur Mash Telegram kanalı məlumat yayıb. Qeyd edilib ki, Kamçatkada ölmüş dişi ayı aşkarlanıb. 

“Faciə Milkovskaya şossesində baş verib. Tayqanın "ağa"sı 200-cü kilometrdə, Bıstraya çayı ərazisində vurulib. Bala ayı anasının meyitini tərk etməkdən qorxur. Və o, ayının niyə ayağa qalxmadığını başa düşə bilmir”, – paylaşımda yazılıb.

Qeyd olunub ki, ayı balası bir yaşından da azdır. Yoldan keçən sürücülər ona yemək atıblar. Daha sonra onlar ayı balasını xilas etməyə çalışsalar da, mütəxəssislər onu tapa bilməyiblər. Onların fikrincə, bala heyvanı da magistral yolda vurub meyiti götürülə bilər.


Tural

Seçilən
22
news365.az

1Mənbələr