Ukrayna qoşunları ilk dəfə olaraq Rusiya Federasiyasının Kursk vilayətində yerləşən Rusiya hərbçilərinə hücum edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında dezinformasiyaya qarşı mübarizə mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat verib.
“KDR-nin ilk qoşunları artıq Kursk vilayətində atəşə tutulub”, – Kovalenko ətraflı məlumat vermədən deyib.
Bundan əvvəl Kiyev və onun yaxın müttəfiqləri Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərdiyini iddia etmişdilər.
Pxenyan və Moskva bunu inkar edir.