AZ

Nazir İlahə Fərəcovaya vəzifə verdi

Naxçıvan Qızlar Liseyinə yeni direktor təyin edilib.

Musavat.com modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil naziri Elxan Nəcəfov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə İlahə Vahid qızı Fərəcova gətirilib. O, bundan əvvəl Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Məlumatı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən təsdiqləyiblər.

Xatırladaq ki, liseyə əvvəllər Naxçıvan Ali Məclisinin deputatı Aidə Allahverdiyeva rəhbərlik edib.

Qeyd edək ki, Naxçıvan Qızlar Liseyi Naxçıvan Muxtar Respublikasında 1992-ci ildə "Xanım Qızlar Pansionu" adı ilə yaradılıb. 2004-cü ildən Naxçıvan Qızlar Liseyi adı ilə fəaliyyətini davam etdirən lisey Azərbaycanda yeganə qızlar məktəbidir.

Seçilən
16
41
musavat.com

10Mənbələr