AZ

Normativ tələblərin pozulduğu dönərxanalar BAĞLANDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Astara şəhərinin İstiqlaliyyət küçəsində yerləşən, Gülsabah Mirzəli qızı Məmmədovaya məxsus "Paşa" dönərxanasında və H.Əliyev prospektində yerləşən, Elçin İlham oğlu Bağırova məxsus "Cənub" dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu müəyyən olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, iaşə obyektlərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların müvafiq temperaturda saxlanması və emalı üçün şəraitin mövcud olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin normativ texniki tələblərə cavab vermədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb.
Seçilən
37
oxu.az

1Mənbələr