AZ

Gürcüstan prezidenti erməniləri qəzəbləndirib

Prezident Zurabaşvili Ermənistanın Lori və Taşir vilayətlərindəki dini məbədlərin Gürcütana aid olduğunu yazıb...

Poliqon xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili şəxsi Facebook səhifəsində gürcü turoperatorlarından birinin erməni seqmentində qəzəb doğuran Lori və Taşir vilayətləri ilə bağlı yazı dərc edib.

Yazıda gürcülər üçün bunun “kədərli, lakin məcburi bir tur” olduğunu qeyd edən prezident vurğulayıb ki, Lori və Taşir vilayətlərindəki dini abidələr Gürcüstana aiddir. Bundan qəzəblənən ermənilər isə Gürcüstan prezidentinə etiraz ediblər.

Ermənistanın Axtala, Kobayr, Sanahin, Haqpat, Odzun monastırları və digər mədəniyyət abidələri Zurabişvili tərəfindən “təəssüf ki, Loridə qalmış” “tarixi Gürcüstan” kimi təsvir edilmişdir, deyə qəzəblənmiş erməni sosial şəbəkə istifadəçiləri yazır.

Poliqon.info

Seçilən
32
poliqon.info

1Mənbələr