AZ

Naxçıvanda üzrsüz səbəbdən aliment ödəməyənlər həbs olundular

Naxçıvan Muxtar Respublikasında (MR) yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün ümumilikdə tələbkarlara 3 milyon 385 min 326 manat aliment ödətdirilib.

Avtosfer.az report-a istinadən xəbər verir ki, Naxçıvan MR Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin rəisi İntiqam Vəliyev deyib.

O bildirib ki, 2024-cü ilin ötən dövrü ərzində yerli icra və probasiya qurumlarının icraatına aliment tələbinə dair 765 icra sənədi daxil olub, icraatda olan aliment tələbinə dair 580 icra sənədi icraatdan çıxarılıb.

İ.Vəliyevin sözlərinə görə, 2024-cü ilin müvafiq dövrü ərzində icraatda olmuş 3 699 aliment tələbinə dair icra sənədi üzrə 6 243 yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün ümumilikdə tələbkarlara 3 milyon 385 min 326 manat aliment ödətdirilib. 2024-cü ilin doqquz ayı ərzində aliment məbləğini üzrsüz səbəbdən icra etmədiyinə görə 66 nəfər borclu inzibati qaydada həbs edilib, bir nəfər borclu inzibati qaydada cərimə edilib.

Həmçinin, 107 nəfər borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 2024-cü ilin doqquz ayı ərzində aliment məbləğini qərəzli olaraq ödəmədiyindən bir nəfər borclu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət işi başlanılıb.

Hazırda icrası davam etdirilin 3 179 icra sənədi üzrə ümumilikdə 5 025 yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tələbkarlara alimentin ödənilməsi davam etdirilir.

Seçilən
16
20
avtosfer.az

10Mənbələr