İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələrinə məxsus yüngül tipli təyyarə İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətinin Sirkan sərhəd bölgəsində qəzaya uğrayıb.
"AzPolitika" xəbər verir ki, qəza döyüş təlimi icra edərkən baş verib.
Məlumata görə, təyyarə qəzası nəticəsində SEPAH-ın briqada generalı Həmid Mazandarani və təyyarənin pilotu həlak olub.
"AzPolitika.info"