Nərimanov Rayonu üzrə Mənzil Kommunal Təsərrüfat Birliyində çalışan işçilərin maaşlarının kəsildiyi bildirilir.
Pravda.az xəbər verir ki, bu barədə Nərimanov ərazisində süpürgəçi işləyən qadınların sosial şəbəkələrdə yaydıqları etiraz videosunda deyilib.
Onlar Prezident İlham Əliyevə müraciət edərək bildiriblər ki, Nərimanov Rayonu üzrə Mənzil Kommunal Təsərrüfat Birliyi maaşlarından aylardır, 100 manat kəsir, hələ yanvar ayınadək də maaşlarının kəsiləcəyi deyilib.
Sosial şəbəklərdə digər fəhlələrin yaydıqları məlumatlara görə, son üç il ərzində ilin son aylarında maaşlardan, məzuniyyət məbləğlərindən kəsintilər olub. Haqlarını tələb edən işçilər “qarışıqlıq salma” bəhanəsi ilə xüsusi bəndlərlə işdən çıxarılıblar. Onların gün ərzində 16-17 saat işləməyə məcbur edildiyi hallar da olub. İşçilərin tələbi işə geri qaytarılmaları, maaşlarının kəsilməməsi, normal iş mühitinin təmin edilməsidir.
Pravda.az-a yayılan məlumatlar barədə Nərimanov Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb, hələlik heç bir mövqe bildirilməyib.
Aytəkin Qardaşova