AZ

Ebru Gündeşin 69 milyonluq konsert mübahisəsi: Mənsur Yavaş aydınlıq gətirdi

 Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) sədri Mənsur Yavaş 29 oktyabr Respublika  Günündə Ebru Gündeşin konserti üçün 69 milyon TL ödənildiyi iddiaları ilə bağlı açıqlama verib. Yavaş ödənişin edilmədiyini və istintaq tamamlanana qədər verilməyəcəyini bildirib.

Sherg.az xəbər verir ki, Yavaş, daxili audit bölməsi tərəfindən araşdırma başlatıldığını bildirib:

"Son vaxtlar bəzi mətbuat orqanlarında Ebru Gündeşin konserti üçün 69 milyon TL ödənilməsi ilə bağlı iddialar yayılıb. Daxili audit bölməmiz bu məsələ ilə bağlı araşdırmaya başlayıb. Konsertin ödənişi hələ də həyata keçirilməyib və istintaq tamamlanmamış verilməyəcək. 


 Sənətçi Ebru Gündeş Ankarada 29 oktyabr Respublika Bayramı qeyd etmələri çərçivəsində Ankara Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə Atatürk Orman Çiftliği Təbiət Yaşam Parkında təşkil edilən konsertdə səhnəyə çıxıb.

Araşdırmalardan sonra lazımi dəqiqləşdirmələr aparılacaq. Şəffaf və hesabatlı idarəetmə yanaşması ilə qeyd etmək istərdik ki, tələb olunan rəqəm bir konserti deyil, 28-29 oktyabr Respublika Gününün 101-ci ildönümü tədbirinin xərclərini, eləcə də texniki quraşdırma və konsert ödənişlərini əhatə edir. 

Ankaralıların pulunu israf etməyəcəyimizi və qaynaqların ankaralılar üçün ən yaxşı şəkildə istifadə ediləcəyini bildirmək istərdik”.


Seçilən
64
13
sherg.az

10Mənbələr