SEPAH-ın briqada generalı pilotu ilə birlikdə təyyarə qəzasında həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə fars mediası məlumat yayıb. Bildirilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Həmid Mazandarani ölüb.
General pilotu ilə birlikdə bu səhər təlim uçuşu zamanı təyyarə qəzasında həlak olub.
Xuraman Etibarlı
İnterpress.az