Moldovada keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Maia Sandu qalib gəlib.
Bunu Moldova Mərkəzi Seçki Komissiyasının noyabrın 4-də protokolların 99,86 faizinin işlənməsinin nəticələrinə dair məlumatı sübut edir. Sandu 55,41% səs toplayıb. Seçicilərin 44,59%-i ölkənin keçmiş prezidenti, Rusiyayönlü mövqeyi ilə tanınan İqor Dodon tərəfindən dəstəklənən keçmiş baş prokuror Aleksandr Stoyanoqloya səs verib.
Səslərin hesablanması zamanı əvvəlcə Stoyanoqlo öndə olsa da, zaman keçdikcə namizədlər yerlərini dəyişiblər. Sandu X sosial şəbəkəsində baş verənlərə münasibət bildirib. “Moldova, bu gün siz qalib gəldiniz. Biz birlikdə birliyimizin gücünü, demokratiyanı və ləyaqətli gələcəyə sadiqliyimizi nümayiş etdirdik”, – o yazıb.
Prezident həm ölkə daxilində, həm də xaricdə olan seçicilərə təşəkkür edib. “Qürurla get, sən azadlıq, ümid və möhkəmliksən. Hamınıza xidmət etməkdən qürur duyuram”, – o əlavə edib.
//Samir Qurbanov, Editor.az