AZ

Kırıkkale şəhərində silahlı hücum: Vəzifəli şəxs qətlə yetirildi

Türkiyənin Kırıkkale şəhərinin Balışeyh rayonunun bələdiyyə sədri Hilmi Şenə qarşı silahlı hücum olub.

Bu barədə Bakuinfo.net Haber Globala istinadən xəbər verir.

Məlumata görə, xəstəxanaya aparılan Hilmi Şenin həyatını bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib.

Bildirilir ki, "TOKİ binaları" ərazisində baş verən silahlı hücumda daha 3 nəfər yaralanıb. Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıblar.

Hadisədə şübhəli bilinən şəxs polis qrupları tərəfindən saxlanılıb.

Yenidən Rifah Partiyası Gənclər Qolunun sədri Melih Güner Hilmi Şenin ölümü ilə bağlı paylaşım edib.

"Partiyamızdan bələdiyyə sədri seçildikdən sonra istefa verən Hilmi Şenin bu gün silahlı mübahisə nəticəsində həyatını itirdiyini kədər hissi ilə öyrəndik. Allahdan Hilmi Şenə rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Məkanı cənnət olsun", - deyə o, paylaşımda bildirib.

Qeyd edək ki, 31 mart 2024-cü ildə keçirilən yerli seçkidə Yenidən Rifah Partiyasından bələdiyyə sədri seçilən Hilmi Şen iyul ayında partiyasından istefa vermişdi.

 

Seçilən
46
bakuinfo.net

1Mənbələr