AZ

Putin Rəhman Mustafayevi noybrın 5-də qəbul edəcək

Rusiya prezidenti Vladimir Putin noyabrın 5-də Azərbaycan Prezidentinin təyin etdiyi yeni səfir Rəhman Mustafayevin etimadnaməsini qəbul edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"2024-cü il noyabrın 5-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 28 xarici dövlətin yeni səfirinin etimadnaməsini qəbul edəcək”, - məlumatda bildirilir .
Rəhman Mustafayev oktyabrın 10-da Prezidentin sərəncamı ilə Rusiyaya yeni səfir təyin edilib. 
 
Azərbaycanın Rusiyada indiyədək səfir vəzifəsini Polad Bülbüloğlu icra edib. 
 
Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində deputat kimi qatılan Bülbüloğlu Şuşa dairəsindən qalib gələrək səfir vəzifəsindən geri çağrılıb. 
 
Gülnar 

www.anews.az
Seçilən
19
anews.az

1Mənbələr