AZ

"İrəvanın mövqeyində təzadların müşahidə olunması ilk deyil"- Bəhruz Məhərrəmov

Ermənistan rəsmilərinin parlamentdə müxalifət nümayəndələri qarşısında fərqli mövqe nümayiş etməsi adi hal alıb".

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bunu News365.az-a açıqlamasında deyib.

"İrəvanın mövqeyində təzadların müşahidə olunması ilk hal deyil. Ermənistan bir qayda olaraq danışıqlarda və ayrılıqda mediya üçün çox fərqli bəyanatlarda çıxış edir. Xüsusən erməni rəsmilərinin parlamentdı müxalifət rəsmiləri və revanşıst kəsimi qarşısında fərqli mövqe ifadə etməsi kifayət qədər adi hal alıb. Həmin o proseslərin kölgəsində nəyəsə sığınıb Mirzoyanın bu gün Ermənistanda konstitusiya islahatlarına qarşı çıxması və yaxud konstitusiya isahatları ətrafında müəyyən manipulyasiyalata yol verməsi Ermənistanın özü üçün yaxşı heçnə vəd etmir"- deyə bildirib. 


Seçilən
37
news365.az

1Mənbələr