Azərbaycan mediasında özünəməxsus dəsti-xətti ilə seçilən XALQ.AZ xəbər portalının yaranmasından 12 il ötür.
Azərbaycan xəbər məkanında obyektiv yanaşma ilə fəaliyyətimizi davam etdiririk.
Xəbər portalının redaksiyasına təbriklər ünvanlanır.
“Xalq.az” ilk növbədə, çevikliyi, operativliyi ilə seçilən saytdır. Xəbər saytı üçün bu amil çox önəmlidir. Çünki xəbər saytı proseslərin ardınca sürünməməlidir, ölkədə baş verən siyasi-ictimai, sosial, mədəni və iqtisadi proseslər məqamında əksini tapmalıdır. “Xalq.az” saytı bu baxımdan seçilir. Aktual məsələlərlə bağlı həssaslıq nümayiş etdirməsi, dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti, sosial şəbəkələrlə qurduğu fəal iş onu media məkanında ön sıralara çıxarmağı bacarıb. Bir də ideoloji baxımdan düzgün istiqamət seçib bu sayt. Məsələ müxtəlif qütbləri, düşüncə ayrıcalığını ehtiva edən proseslərin, yanaşmaların əks olunması ilə bağlı deyil, əsas məsələ saytın özünün ideoloji baxımdan dürüst ideoloji mövqeyə, dövlətçilik prinsipinə sadiqliyə malik olmasıdır. 12 yaş böyük təcrübədən, uğurdan soraq verir. “Xalq.az” saytını təbrik edir, ona bundan sonrakı yolçuluqda uğurlar diləyirəm.
Elnarə Akimova
Milli Məclisin deputatı