1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İsrail Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sədrini BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) ilə əməkdaşlığa son verdiyi barədə məlumatlandırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrailin daimi nümayəndəsi Dani Danon "X" hesabında məlumat verib.
"BMT-yə təqdim etdiyimiz və UNRWA-nın HƏMAS tərəfindən ələ keçirilməsini sübut edən çox sayda dəlillərə baxmayaraq, BMT vəziyyəti düzəltmək üçün heç bir iş görmədi", - deyə o, paylaşımda yazıb.
Danon vurğulayıb ki, İsrail humanitar təşkilatlarla əməkdaşlığı davam etdirəcək, lakin bu, ölkəyə qarşı terrorizmi təşviq edən təşkilatlara şamil edilmir.
Qeyd edək ki, bundan əvvəl İsrail parlamenti UNRWA-nın ölkədə fəaliyyətini qadağan etmişdi.