2024-cü ilin ilk 10 ayında ən çox qol vuran futbolçuların adları açıqlanıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bütün turnirlər nəzərə alınmaqla ən azı 24 qola imza atanların cədvəlini tərtib edib.
Siyahıda "Qarabağ"ın hücumçusu Olavio Juninyo da yer alıb. Braziliyalı forvard 24 qola imza atıb.
Juninyo Premyer Liqada 9, ölkə kubokunda 5, avrokuboklarda 10 dəfə rəqib qapısına yol tapıb. Olavio bu göstərici ilə dünyada 51-cidir. Eyni sayda qola sevinən argentinalı Lautaro Martines yalnız millidəki top sayına görə daha öndədir.
Cədvələ İsveç millisi və "Sportinq"də 46 qol vuran Viktor Qyokereş başçılıq edir. Harri Keyn (İngiltərə, "Bavariya") ikinci, Erlinq Holand (Norveç, "Mançester Siti") üçüncüdür. Hər iki hücumçu 40 dəfə fərqlənib.
Qeyd edək ki, siyahıda 56 futbolçu yer alıb.
Milli.Az