AZ

Fransa Qafqazda müharibə hazırlığı aparır - AÇIQLAMA

"Ermənistanı əsasən Hindistan, İran və ən əsası da Fransa silahlandırır. Bu ölkələr Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi bağlanmasını istəmirlər".

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib.

Onun sözlərinə görə, Fransa "müşahidəçi" qismində Ermənistana yerləşib Azərbaycan və Türkiyə əleyhinə kəşfiyyat aparır. Siyasi şərhçi bildirib ki, Fransa dünyada müsəlmanlara qarşı gizli səlib yürüşünün təşkilatçıları arasında rol alan dövlətdir:

“Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini həzm edə bilmirlər. Son günlər ona görə aktivləşiblər ki, artıq sülhmüqaviləsinə bir addım qalıb. Mümkün qədər quru yeri qaşıyıb əmma tapmaq istəyirlər və eyni zamanda ən əsası isə kəşfiyyat aparırlar”.

Müsahibimiz vurğulayıb ki, Avropa İttifaqının "müşahidəçi" qismində Ermənistanda olan qrupları əslində Qərbin gizli kəşfiyyat orqanlarının əməkdaşlarıdır. Bu missiya bölgədə münaqişə yaratmağa cəhd edir və Türkiyəni, Azərbaycanı daim münaqişələrlə məşğul etmək niyyəti güdür.

T.İrfan qeyd edib ki, Ermənistanı alət kimi illərlə istifadə edən bu ölkələr indi də savaşa təhrik edirlər. Sülh müqaviləsində belə Ermənistanı riyakarlığa çağırırlar:

“Böyük ehtimalla yeni savaş yaratmaq üçün hərbi mütəxəssislər Avropadan gəlib Ermənistana strategiya dərsi keçirlər. Eyni zamanda müasir və ağır silahlarla silahlandırırlar. Bu, nə Ermənistanın, nə də bölgədəki digər qonşuların xeyrinədir".

Tural İrfan: Bəzi ölkələr sülh müqaviləsində belə Ermənistanı riyakarlığa çağırırlar

Həmsöhbətimiz vurğulayıb ki, Fransanın min kilometrllərlə uzaqdan gəlib Qafqazda müharibə hazırlığı aparması qəbuledilməzdir:

"Fransa da içində olmaqla böyük savaş hazırlığında olan Qərb bəzi dövlətlərə sızaraq tədbir görürlər. Türkiyəni üzük qaşı kimi sarımağa cəhd edirlər. Sülh çağırışlarına "müsbət" yanaşırmışlar kimi görünüb altdan məkrli planlar qurmaq Fransa, Ermənistan kimi dövlətlər üçün xarakterikdir. Ona görə də Ermənistan və Azərbaycan bu məsələləri özləri həll etməlidir. ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Türkiyə və Azərbaycana qarşı torpaq iddiası Ermənistan konstitusiyasından çıxarılmalıdır. Əks halda Ermənistanın ciddi sülh niyyətində olub olmadığını müəyyən etmək olar. Gələcəyə buraxmaq olmaz".

Aydın Baxış

Seçilən
8
50
bakivaxti.az

10Mənbələr