Ermənistanda hərbi-siyasi böhranla yanaşı sosial-iqtisadi krizis də yaşanır. Yerli media ölkədə quruculuq işlərinin zəif templə getməsindən yazır, ekspertlər abadlıq və sosial obyektlərə diqqətin zəifləməsindın gileylənirlər.
Məsələn, "Mamul" nəşri müxalif partiyalardan birinin təsisçisi olan Vardan Qukasyan Telegram kanalında etdiyi paylaşımdan yazıb. Siyasətçi vətəndaşdan şikayət məktubu aldığını deyərək fotolar yayıb. "Mən bütün fotoları yaya bilmədim. Bunlar yalnız iki qrupun olduğu ərazi və bir dəhlizə aiddir. Qalan uşaq qrupların otağında tavandan balacaların baışna su tökülür. Döşəmədə isə qabları düzürlər", - o gileylənib.
Tural