Rusiyada maraqlı hadisə baş verib.
Uzaq Şərq Nəqliyyat Prokurorluğunun Telegram kanalında yaydığı məlumata görə, Primorsk diyarında bir nəfər qatarın altına düşsə də sağ qala bilib. Xəsarətlər alan şəxsi maşinist əvvəlcədən görüb.
Lakin o, əyləc basmağa çalışsa da, piyadanın vurulmasından qaça bilməyib.
"Hadisə Okeanskaya stansiyasının ərazisində baş verib. Maşinist fövqəladə əyləci basmağa çalışıb və siqnal da verib. Həmin şəxs qatarın təkərləri altına düşüb. Kişi möcüzə nəticəsində sağ qalıb və xəstəxanaya yerləşdirilib. Onun hazırki vəziyyəti ilə bağlı təfərrüatlar məlum deyil. Hadisə ilə bağlı nəqliyyat prokurorluğu araşdırma aparır", -məlumatda qeyd edilib.
Tural