Nigeriyada yaşayış bahalaşması səbəbindən etirazlar keçirilib. Etirazlarda iştirak edən 29 uşaq ölüm cəzası ehtimalı ilə üzləşib.
News24.az xəbər verir ki, ümumilikdə 76 etirazçıya qarşı dövlətə xəyanət, əmlaka ziyan vurma, ictimai asayişi pozma və üsyan kimi 10 ittiham irəli sürülür. İttihama görə, saxlanılan uşaqların yaşları 14-17 arasındadır.
Onu da qeyd edək ki, yaşayış böhranı ilə bağlı məyusluq son aylarda bir sıra kütləvi etirazlara səbəb olub. Avqust ayında gənclər üçün daha yaxşı imkanlar və iş yerləri tələbi ilə keçirilən etiraz aksiyasında azı 20 nəfər güllələnib, yüzlərlə insan həbs edilib.
Günel Məlikzadə