AZ

Fransanın mərkəzində məhdud trafik zonası tətbiq edildi

Fransanın paytaxtı Parisin mərkəzi hissələrində Məhdud Trafik Zonası (ZTL) tətbiqi istifadəyə verilib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Paris Bələdiyyəsinin ötən ayın sonunda açıqladığı ZTL tənzimləməsi bu gündən etibarən paytaxtda qüvvəyə minib.

Parisin mərkəzi rayonlarını əhatə edən tənzimləməd, zərurət halları istisna olmaqla, avtomobillərin bu bölgələrdən keçidi qadağandır.

Yeni qaydaya görə 5,5 kvadrat kilometr ərazidə avtobus, taksi və əlil avtomobillərdən başqa motorlu nəqliyyat vasitələrinin daşınmasına icazə verilməyəcək. Bu bölgələrdə yaşayan və işləyənlər də məhdudiyyətdən azad olunacaqlar.

Paris meri Ann Hidalqo qaydanı tətbiq etməkdə məqsəd ictimai yerlərdə nəqliyyatın hərəkətini azaltmaq və havanın çirklənməsinin qarşısını almaq olduğunu deyib.
 
Cəmalə
Seçilən
25
azxeber.com

1Mənbələr