“Ermənistan və Azərbaycan Tavuş istiqamətində bu proses başa çatdıqdan sonra tərəflərin delimitasiya prosesini hansı sahədə davam etdirəcəklərini müzakirə edirlər. Hələlik yekun qərar yoxdur”.
Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat yayıb.
O, Ermənistan və Azərbaycan komissiyalarının sərhədlərin delimitasiyası üzrə əsasnaməsinə toxunaraq deyib:
“Hesab edirəm ki, bu kağızın mövcudluğu həm Ermənistan, həm də Azərbaycan üçün böyük qələbədir. Bu, Bakı və İrəvan arasında ilk dövlətlərarası sənəddir və onun həyata keçirilməsi həm Ermənistanın, həm də Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir. Və biz irəliləyəcəyik”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, hazırda delimitasiyanın harada davam etdirilməsi ilə bağlı qərar yoxdur.
Daşqın HəsənovMissiya.Az