Türkiyədə “terror təşkilatları” ilə əlaqədə olan 3 məmur saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin X-hesabı məlumat yayıb. Bildirilir ki, Türkiyədə Mersin, Batman və Halfeti şəhərlərinin bələdiyyə sədrləri “terror təşkilatları” ilə əlaqədə olduqları üçün saxlanılıb.
Onların terrorizmin təbliği ilə məşğul olduqları və terror təşkilatlarının üzvü olduqları qeyd edilir.
Onlardan biri 10 il, digər ikisi 6 il 3 ay müddətinə həbs edilib.
Xuraman Etibarlı
İnterpress.az