AZ

"Səbail"in baş məşqçi postuna kim təyin olunacaq?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən gün "Kəpəz"lə görüşdə 0:1 hesabı ilə məğlubiyyətin ardınca Şahin Diniyevin istefası "Səbail" klubunun baş məşqçisi vəzifəsinin boş qalmasına səbəb olub. Yerli mediada yayılan xəbərlərə görə, Bakı klubunu çalışdırmağa 3-4 namizədin adı hallansa da, siyahıya "Turan Tovuz"da köməkçi məşqçi vəzifəsində çalışan Cavid Hüseynov başçılıq edir.
Oxu.Az xəbər verir ki, siyahıda "Kəpəz" klubunun sabiq baş məşqçiləri Adil Şükürov və Tərlan Əhmədovun da adları hallanır.
Bu barədə Oxu.Az-a açıqlama verən Adil Şükürov klubdan təklif almadığını bildirib.
"Yerli mediada oxuduğum xəbərlərə görə, "Səbail"i Cavid Hüseynov çalışdıracaq. Mənə bu barədə heç bir təklif gəlməyib. Klub rəsmiləri ilə heç bir danışığım da olmayıb. "Səbail"in icraçı direktoru Firuz Abdulla ilə danışıqlara başlamağımla bağlı xəbərlər isə əsassızdır. Onunla yaxın günlərdə söhbətimiz olmayıb. Klub rəsmiləri məni baş məşqçi vəzifəsində görmək istəsələr və hansısa bir təklif gələrsə, dəyərləndirəcəyəm", - deyə A.Şükürov bildirib.
Sonuncu iş yeri "Kəpəz" olan Tərlan Əhmədov da Oxu.Az-a açıqlamasında indiyədək heç bir klubdan təklif almadığını bildirib.
"Kəpəz"dən ayrıldığım gündən bu yana heç bir klubdan təklif almamışam. Hətta klub rəsmiləri ilə telefon danışıqlarım belə olmayıb. Gələcəkdə nə baş verəcəyini bilmirəm, amma hazırda mənim hansısa bir klubu çalışdırmaqla bağlı təklifim yoxdur", - deyə Tərlan Əhmədov bildirib.
Seçilən
28
30
oxu.az

10Mənbələr