Dünyada milyonlarla insanın sevimli yeməkləri arasında yer alan kartof qızartması günün hər yeməyində ləzzətlə istehlak edilir. Lakin unutmaq olmaz ki, kartof qızartmasının həddindən artıq istehlakı bədəni tez bir zamanda kökəldir və ürək xəstəlikləri riskini artırır.
Orta miqdarda kartof qızartması istehlakı qızartmanın bədənə zərərli təsirlərini xeyli azalda bilər.
News24.az xırtıldayan kartof qızartmasının sirrini təqdim edir.
Lazım olanlar:
- İstədiyiniz qədər kartof
- Yağ
- duz
Necə hazırlamaq lazımdır?
- Kartofu suyun altında yuyun, qabığını soyun və istədiyiniz kimi doğrayın.
- 1 saat suda buraxın, nişastaları buraxmaq üçün vaxtaşırı qarışdırın.
- Tavaya yağı qoyun və qızdırın.
- Kartofları süzgəcdən süzün və kağız və ya mətbəx dəsmalları ilə qurudun.
- Kartofu isti yağa atın, 5-6 dəqiqədən sonra kartofu yağdan çıxarın.
- Kartof 5-10 dəqiqə kənara qoyulandan sonra sobada yağı yandırın, yağı çox qızdırın, sonra soyudulmuş kartofları yenidən yağa atın və qızarımağına az qalanda yağa duz əlavə edin.
- İstədiyiniz konsistensiyaya çatdıqda yağdan çıxarın.
Qeyd edək ki, qızartdığınız yağa bir qaşıq un əlavə etsəniz, kartof daha xırtıldayan olacaq. Un yağın istisini bərabər paylayır, kartofun bütün hissələrə bərabər qızarmasına kömək edir. Bu üsulla çöldən xırtıldayan, içi yumşaq olan kartof qızartması əldə edə bilərsiniz.
BUZLU SU
Kartof qızartmasının xırtıltılığını artırmağın başqa bir yolu onları buzlu suya batırmaqdır. Buzlu su kartofda olan artıq nişatanı təmizləyir və qızartma zamanı daha az yağ udmağa imkan verir. Kartofu buzlu suda 15-20 dəqiqə isladıb, yaxşıca quruyub qızartmağa başlaya bilərsiniz.
Günel Məlikzadə