AZ

İndoneziyada təbii fəlakət 8 nəfərin həyatına son qoydu

 

İndoneziyanın Flores adasında baş verən vulkanik partlayışda ilkin məlumatlara görə, 8 nəfər həyatını itirib. İndoneziya Təbii Fəlakətlər Agentliyinə görə, ölkənin uzaq adalarından olan Floresdə yerləşən “Levotobi Laki Laki” dağında vulkanik partlayış baş verib. Partlayışdan sonra lava axınlarının çatdığı yaxınlıqdakı bir kənddə manastır da daxil olmaqla bir neçə ev yanıb.

Rəsmilər bir rahibənin də aralarında olduğu 8 nəfərin həyatını itirdiyini və bir nəfərin itkin düşdüyünü bildirib.



Seçilən
57
trt.net.tr

1Mənbələr