AZ

Millimizin üzvünə İsveçdən təklif var

Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədov İsveçə yollana bilər.

Apasport.az saytına verilən məlumata görə, 28 yaşlı futbolçu “Myalbü”nün transfer siyahısındadır. 

Belə ki, İsveç Yüksək Liqasında çıxış edən klub qışda Məmmədovu “Radomiak”dan heyətinə qatmağı planlaşdırır. Rahilin Polşa klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 

O, hazırkı komandasına bu yay keçib. Millimizin üzvü “Neftçi”, “Səbail”, “Qarabağ”, “Zirə”, “LKS Lodz” klublarında oynayıb.

Məmmədovu heyətinə qatmaq istəyən “Myalbü” 29 turdan sonra 5-ci pillədədir.

Messi "Barselona"ya qayıda bilər

Azərbaycan – Estoniya oyununun biletləri satışa çıxarılıb

Dilim-dilim olasan, ay "dil"im - Soyadı Məmmədoviç olsaydı...

Fərid Namazov: "İmişli" olaraq bu etapı geridə qoymuşuq" - MÜSAHİBƏ

Millimizin yoxlama görüşləri təxirə salınıb

Seçilən
31
apasport.az

1Mənbələr