ABŞ prezidentliyinə namizədlərin heç biri ermənilərin dəstəyinə layiq deyil.
Musavat.com xəbər verir ki, bu barədə erməni diasporunun Vaşinqtondakı mərkəzi ofisinin icraçı direktoru Aram Qambaryanın ABŞ-dakı erməni icmasına müraciətində deyilir.
Onun sözlərinə görə, həm republikaçılar, həm də demokratlar Azərbaycanın silahlanmasına cavabdehdir (mətndə Azərbaycana qarşı iftiralar səslənib). Bundan başqa, ermənilər həyasızlıqla Trampı Azərbaycana qarşı 907-ci maddənin məhdudiyyətini tətbiq edən 7288 saylı qətnaməni işə salmağa, vitse-prezident Harrisi isə 907 saylı qətnaməni qəbul etməyə, Azərbaycana qarşı Maqnitski sanksiyalarını tətbiq etməyə və bütün erməni “girovlar” (terrorçular - red.) azad edilənə qədər COP29-dan vaz keçməyə çağırıblar.
Musavat.com