Ermənistan iqtisadiyyat naziri Gevork Papoyan bildirib ki, erməni brendi istehsalçıları tədricən "konyak" ifadəsindən imtina edirlər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, nazir bu açıqlamanı parlamentin maliyyə, kredit və büdcə məsələləri üzrə komissiyasında çıxışı zamanı verib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da Avropada erməni konyakının adının necə qarşılandığını vurğulamışdı. Paşinyan, erməni konyakını Avropada təriflədikdə onunla lağ edildiyini bildirib və "konyak" adından imtina etməyə çağırıb.
Xatırladaq ki, bu dəyişiklik, 2017-ci ildə imzalanmış Avropa Birliyi-Ermənistan sazişində də əks olunmuşdu.