“ABŞ-da seçkidən sonra yaranan qarışıqlıq Cənubi Qafqazda təhlükəsizlik boşluğu yarada bilər”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Suren Surenyants deyib.
“Bizim (ermənilər - red.) üçün ən pis ssenari seçkilərdən sonra şok ola bilər, çünki ABŞ-da cəmiyyət heç vaxt bu qədər qütbləşməmişdi. Biz böyük əminliklə deyə bilərik ki, uduzan namizəd seçkinin nəticələrini tanımayacaq”, - deyə o qeyd edib.
Surenyantsın sözlərinə görə, Rusiyanın Ukraynadakı vəziyyətlə məşğul olduğu bir şəraitdə ABŞ daxili problemlərə görə Cənubi Qafqaza diqqətini zəiflətsə, bu, təhlükəsizlik boşluğuna gətirib çıxaracaq.
“Aydındır ki, Azərbaycan bu boşluqdan istifadə edə bilər”, - deyə Suren Surenyants qeyd edib.
Erməni ekspertə görə, Vaşinqtonun regiona diqqəti istənilən halda azalacaq. Bu ehtimal hətta Tramp seçilsə də, yüksəkdir. Çünki region Vaşinqtonun prioritetləri sırasında deyil.
Musavat.com