Bakı. Trend:
Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsindəAzərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi DənizQüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə“AZIREX-2024” birgə taktiki təlimi keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumatverilib.
Bildirilib ki, əvvəlcə "Dənizdə axtarış-xilasetmə" təlimininməqsədi və icra olunacaq tapşırıqlarla bağlı brifinq təqdim edilib,qarşılıqlı müzakirələr aparılıb.
Azərbaycan-İran hərbi əməkdaşlığını möhkəmləndirmək məqsədiləkeçirilən təlimdə gəmi qəzaları zamanı xilasetmə və tibbi yardımtədbirlərinin həyata keçirilməsi, axtarış-xilasetmə əməliyyatlarıvə gəmi təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətlər icraedilib.
Təlimin müxtəlif mərhələləri üzrə qarşıya qoyulan tapşırıqlarhərbi dənizçilər tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilməkləyerinə yetirilib.