AZ

Arteta ilə Edunun arasından "qara pişik" keçdi - "Arsenal"da istefa gözlənilir

London "Arsenal"ının idman direktoru Edu Qaspar klubu tərk edə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Mənbənin məlumatına görə, braziliyalı bu barədə rəhbərliyə mesaj çatdırıb. "Topçular" isə onunla danışıqları davam etdirir və qalmağa razı salmağa çalışırlar. Qasparın getmək istəməsinin səbəbi açıqlanmasa da, onun baş məşqçi Mikel Arteta ilə münasibətlərinin pozulduğu bildirilir. 

Edu Qaspar 2022-ci ildə "Arsenal"ın idman direktoru vəzifəsinə təyin edilib. O, əvvəllər klubda texniki direktor vəzifəsində çalışıb.

Mirağa

Seçilən
21
fanat.az

1Mənbələr