Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) 4-6 noyabr tarixləri arasında baş tutacaq Dövlət Başçıları Şurasının 11-ci Zirvəsində iştirak etmək üçün Qırğızıstana gedib.
Türk dünyasını gücləndirməyi hədəfləyən TDT-nin strategiya prioritetləri zirvədə iqtisadi inteqrasiya, dayanıqlı inkişaf, rəqəmsal transformasiya və təhlükəsizlik olmaqla 4 sahəyə yönələcək. Zirvədə həmçinin TDT-nin sədrliyi Qazaxıstandan Qırğızıstana təhvil veriləcək.