“Mançester Yunayted”in müvəqqəti çalışdırıcısı Rud van Nistelroy “qırmızı şeytanlar”ın məşqçi qərargahında işindən söhbət açıb.
Arena.az xatırladır ki, niderlandlı mütəxəssis buna qədər, həmvətəni, “qırmızı şeytanlar”ın keçmiş baş məşqçisi Erik ten Haqın rəhbərlik etdiyi məşqçilər qərargahında baş köməkçi idi.
“Mançester Yunayted” – mənim köməkçi kimi işləməyə razılaşacağım yeganə yerdir. Deyim ki, bu roldan çox zövq aldım. Mən özümü köməkçi məşqçi roluna həsr etdim və bunu böyük qürurla etdim”.
Xatırladaq ki, Rud van Nistelroy noyabrın 11-də “qırmızı şeytanlar”ın “yükünü” komandanın yeni baş məşqçisi, portuqal mütəxəssis Ruben Amorimə təhvil verəcək. Niderlandlı mütəxəssisin bundan sonrakı taleyinə isə klub rəhbərliyi qərar verəcək.
Rud van Nistelroyun çalışdırdığı kollektiv ilk oyununda İngiltərə Liqa Kubokunun 1/8 finalında “Lester Siti”ni qəbul edib və “tülkülər” üzərində 5:2 hesablı qələbə qazanıb. İkinci oyunda isə “qırmızı şeytanlar” Premyer Liqanın 10-cu turu çərçivəsində “Old Trafford”da “Çelsi” ilə sülhə razılaşıblar – 1:1.
10 turdan sonra “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 12 xalla 13-cü pillədə qərarlaşıb.