AZ

Yarımçıq tikili sakinlərin kabusuna çevrilib - Polis hərəkətə keçdi - FOTOLAR

Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev 51 ünvanının qarşısında yerləşən yarımtikili vətəndaşlar üçün əməlli-başlı problemdir. Sözügedən tikili narkomanların toplaşdığı məkana çevrilib. Tikiliyə çoxlu sayda zibil tullantılarının atılması isə ətrafda dəhşətli qoxunun və antisanitar vəziyyətin yaranması ilə nəticələnib. 

Həmin ünvanda yaşayan sakinlərin Yenisabah.az-a müraciəti zamanı bildirilib ki, yarımtikili vaxtilə Daxili İşlər Nazirliyi tərəfindən ərazidə fəaliyyət göstərən polis əməkdaşları üçün inşa edilib. Lakin tikinti işləri yarımçıq saxlanılıb. İndi isə tikilinin içərisi və ətrafı narkotik vasitələr üçün istifadə olunan iynə və şprislə doludur. 

Vətəndaşların sözlərinə görə, intensiv zibil tullantılarının qarşısını almaq üçün yarımtikilinin ətrafı daşla hörülüb. Amma bu heç bir nəticə verməyib. Ərazi üzrə fəaliyyət göstərən Mənzil İstismar Sahəsi məsələnin onların səlahiyyətində olmadığını deyib. Sakinlər sözügedən tikilinin sökülməsini və problemin həllini tələb edir.

Day.Az xəbər verir ki, mövzu ilə bağlı DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov Yenisabah.az-a açıqlamasında bildirib ki, sözügedən əraziyə polis əməkdaşları tərəfindən lazımi tədbirlər həyata keçirilib:

"Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə tərəfimizdən paytaxt Bakı və bölgələrdə fasiləsiz olaraq əməliyyat və profilaktik tədbirlər keçirilir. Adıçəkilən ünvanda da müxtəlif vaxtlarda dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və tüfeyli həyat tərzi keçirən şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunauyğun tədbirlər görülüb. Qeyd edilən tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulub. Artıq əraziyə əlavə polis naryadları da cəlb edilib".

  • Yarımçıq
  • Yarımçıq
  • Yarımçıq
  • Yarımçıq
  • Yarımçıq
  • Yarımçıq
  • Yarımçıq
  • Yarımçıq
  • Yarımçıq
  • Yarımçıq
Seçilən
16
day.az

1Mənbələr