AZ

Daşqınlardan zərər çəkən Payporta sakinləri İspaniya kralına palçıq ATDILAR

Daşqınlardan zərər çəkən İspaniyanın Payporta şəhərinin sakinləri təbii fəlakət zonasına səfəri zamanı Kral VI Filip və onu müşayiət edən şəxslərə palçıq atıb və təhqir ediblər.

 

Sfera.az xəbər verir ki,  kral narazı vətəndaşları sakitləşdirməyə çalışıb.

 

Nəticədə monarxın Payporta səfəri yarımçıq qalıb.

 

Qeyd edək ki, oktyabrın 29-da İspaniya Dövlət Meteorologiya İdarəsi güclü yağışlarla əlaqədar ölkənin müxtəlif bölgələri üçün hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Yağışların xüsusilə intensiv olduğu İspaniyanın cənub və şərq bölgələrində təhlükə səviyyəsi maksimuma çatıb.Təbii fəlakətdən ən çox İspaniyanın şərqindəki Valensiya əyaləti zərər çəkib. İndiyədək 220 nəfərin öldüyü bildirilir və itkin düşənlərin axtarışları davam edir.

 

Firuzə Əliyeva

Seçilən
52
16
sfera.az

10Mənbələr