Təhlükə mənbəyi olan işlənmiş təkərlər
Azərbaycana işlənmiş təkər idxalı kifayət qədər məhdudlaşdırılsa da, daxili bazarda ikinci əl təkərlər dövriyyədədir. Bu gün təəssüf ki, bir çox sürücü ikinci əl təkərlərə üz tutur. Bunu təkcə maddiyyata bağlamaq da doğru olmaz. Bu gün bir çox sürücü belə düşünür ki, guya işlənmiş təkərlər orijinal olduğu üçün daha yaxşıdır. Ya da işlənmiş təkər alıb 5-6 ay sürüb atmaq daha səmərəlidir. Bəs xarici təcrübə və texniki reqlament buna nə deyir?
Avtosfer.az xəbər verir ki, təkərin istehsal tarixi vacib amildir. Isthsaldan 5 il sonra təkərin tərkibindəki kauçuk keyfiyyətini itirir. Elastiklik azaldığı üçün yolla kontakt da aşağı düşür. Hətta anbarda saxlannsa belə, yaşı onu ötmüş təkərdən istifadə edilməməlidir. Bir çox ölkədə bu məsələ ilə bağlı ciddi nəzarət mövcuddur.
Avtomobillərin üzərinsdən çıxarılan təkərlər bir qayda olaraq təmir sexlərində necə gəldi saxlanılır. Bu da onların sürətlə köhnəlməsinə səbəb olur. Bu sıraya köhnə təkərin necə gəldi söküldüyünü də əlavə etsək mənzərə daha aydın olar.
İşlənmiş təkərlərdə müəyyən qüsurlar olur ki, bunu da vizual olaraq görmək mümkün deyil. Bu qüsurlar yalnız yüksək sürətlə getdikdə üzə çıxır. Bunlardan ən geniş yayılanı vibrasiya, “sükanın vurması”, havaburaxma və balansın pozulmasıdır. Bu qüsurlar hamısı yüksək sürət zamanı ciddi risk yaradır.
Lakin istismara yararsız təkərin doğurduğu riski bilmək üçün maşını 100 km/saat sürətlə idarə etməyə ehtiyac yoxdur. Yağışlı havada bəzən 40 km/saat sürətlə tormozlama zamanı da arzuolunmaz nəticələr ortaya çıxa bilər. Bir dəst təkərdə 100-150 manat “qabağa düşdüyünü” fikirləşən sürücü bir neçə yüz manat ziyanla qarşılaşa bilər.
Vüqar